Ərdoğan Bəşər Əsədlə Türkiyədə görüşə bilər
10 yanvar 2023 12:55 (UTC +04:00)

Ərdoğan Bəşər Əsədlə Türkiyədə görüşə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında keçirilməsi gözlənilən prezident seçkilərindən əvvəl Suriya lideri Bəşər Əsədlə görüşə bilər. 

Lent.az-ın məlumatına görə, bu barədə “Aydınlık” qəzeti öz mənbələrinə istinadən yazır.

“Normallaşma prosesinin üçüncü mərhələsində prezident Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında görüş gözlənilir”, - qəzet yazır.

Qəzet xatırladır ki, daha əvvəl Ərdoğan normallaşma prosesini çox da uzatmaq istəmədiklərini və Əsədlə görüşə biləcəyini açıq şəkildə bildirib.

Prezident Ərdoğanın may ayında keçirilməsi gözlənilən 2023-cü il seçkilərindən əvvəl Suriya lideri ilə görüşə biləcəyi ehtimal edilir.

Ərdoğan daha əvvəl Əsədlə görüşünü istisna etməyib və “siyasətdə heç bir inciklik olmadığını” deyib. Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri dekabr ayında Moskvada Suriya böhranının həlli yollarını müzakirə etmək üçün üçtərəfli danışıqlar aparıblar. KİV qeyd edir ki, Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqlar Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254
avatar

Oxşar yazılar