Niderlandda əldəqayırma fişəngin partlaması faciəyə səbəb olub.
Lent.az-ın xəbərinə görə, hadisə nəticəsində 12 yaşlı uşaq həlak olub. Onun digər həmyaşıdı isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin dediyinə görə, yaşlı kişi özü düzəltdiyi qurğu ilə əldəqayırma fişəngi havaya buraxarkən 4 ailə yığışıb tamaşa edirmiş. Bu zaman baş verən partlayış faciəyə səbəb olub.
Polis fişəngi havaya buraxan şəxsi saxlayıb.