Əfqan xüsusi təyinatlıları Britaniya ordusuna cəlb edilə bilər - TƏKLİF
31 avqust 2021 06:16 (UTC +04:00)

Əfqan xüsusi təyinatlıları Britaniya ordusuna cəlb edilə bilər - TƏKLİF

Əfqanıstan keçmiş xüsusi təyinatlıları Britaniya ordusunda xidmətə cəlb oluna bilər. 

APA xəbər verir ki, bu barədə CNN telekanalı Britaniya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bu təşəbbüsü hakim Mühafizəkarlar Partiyasından olan Britaniya Parlamentinin üzvləri dəstəkləyib.

Qeyd edək ki, parlamentarilər tərəfindən Britaniya xüsusi təyinatlıları tərəfindən intensiv təlim keçmiş yüzlərlə əfqan hərbçilərinin ayrı bir birlik tərkibində orduda xidmət etməsinə, yaxud digər birliklər arasında paylanmasına icazə verilməsi təklif edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1294

Oxşar yazılar