Edam olunacaqdı, koronavirusdan öldü
10 fevral 2021 15:18 (UTC +04:00)

Edam olunacaqdı, koronavirusdan öldü

ABŞ-ın Texas ştatında 27 il əvvəl təcavüz və qətldə günahlandırılan məhkum Villanueva qaraciyər xərçəngi müalicəsi alırdı.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, ölüm hökmünün icrasını gözləyən məhbusun yeni koronavirus növü (COVID-19) səbəbiylə öldüyü bildirilir.

Vəkil Ceremi Şepers, 27 il əvvəl, müvəkkili, 66 yaşlı Jorge Villanuevanın  77 yaşında bir qadını zorlamaq və sonra boğmaqda günahlandırılaraq, Texasın Hyuston şəhərində edama məhkum edildiyini söyləyib.

Şepers qaraciyər xərçəngi müalicəsi görən müştərisinə bu yaxınlarda COVID-19 diaqnozu qoyulduğunu bildirib.

Villanuevanın müalicə aldığı xəstəxanada öldüyünü bildirən Şepers, xəstəxana qeydlərinə görə müştərisinin COVID-19 səbəbiylə öldüyünü deyib.

COVID-19-dan 2 mindən çox məhkum ölüb

“Associated Press” və Marshall layihəsi ilə ortaq aparılan araşdırmada, ölkədəki əyalət və federal həbsxanalardakı məhbuslardan ən azı 2399 nəfərin COVID-19 səbəbiylə öldüyü qeyd edilib. Texasda isə 187 məhkum COVID-19 səbəbiylə ölüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656
avatar

Oxşar yazılar