Kristin Uormut
13 aprel 2021 08:24 (UTC +04:00)

Kristin Uormut

Dünyanın ən güclü ordularından birinə XANIM RƏHBƏRLİK EDƏ BİLƏR

ABŞ Prezidenti Co Bayden Kristin Uormutu ABŞ-ın Müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb.

APA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın rəhbərliyi dövründə K.Uormut Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

O, həmçinin, Ağ Evin Milli Təhlükəsizlik Şurasında da işləyib.

Bundan əvvəl K.Uormut Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Oxşar yazılar