Dumana görə çox sayda reys ləğv olundu
01 noyabr 2021 23:49 (UTC +04:00)

Dumana görə çox sayda reys ləğv olundu

0

Dumanlı hava səbəbindən Moskvanın üç hava limanında 30-dan çox reys təxirə salınıb və ya ləğv olunub. 

APA-nın Moskva müxbirinin “Yandex Raspisanie”yə istinadən verdiyi məlumata görə, "Vnukovo" hava limanında 1 reys gecikib, 3 reys təxirə salınıb. 

"Domodedovo"da 4 reys gecikib, 12 reys ləğv olunub. "Şeremetyevo" hava limanında isə, 3 reys gecikib, 9 reys ləğv edilib.

Hidrometeorologiya mərkəzi dumanlı hava şəraiti ilə əlaqədar paytaxtda və Moskva vilayətində sarı səviyyəli hava təhlükəsini çərşənbə axşamı saat 09.00-a qədər uzadıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1553

Oxşar yazılar