Deyvid Amess, qətlə yetirilən britaniyalı deputat
16 oktyabr 2021 02:28 (UTC +04:00)

Deyvid Amess, qətlə yetirilən britaniyalı deputat

Deputatı QƏTLƏ YETİRƏN 25 yaşlı gənc imiş: Antiterror bölməsi hərəkətə keçdi

Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputatı Deyvid Amessi bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.

APA “The Daily Telegraph”a istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyat mənbələrindən bildirilib.

Qeyd edilib ki, qətldə şübhəli bilinərək saxlanılan şəxs 25 yaşlı Somali vətəndaşıdır.

Yerli polis hələlik məlumatı təsdiqləməyib. 

Qeyd edək ki, Esseks Polis İdarəsinin sözçüsü Ben-Julian Harrinqton hadisə ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, deputata edilən hücumun terrorla bağlı olub-olmadığı  araşdırılır. Antiterror bölməsi istintaqa cəlb olunub.

Bununla yanaşı, Harrinqton əlavə edib ki, hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisənin terror təhlükəsi ilə bağlı olmadığını düşünür: “Təcavüzkar tək hərəkət edib, heç bir qruplaşma ilə bağlılığı üzə çıxmayıb”. 

Xatırladaq ki, Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputatı Deyvid Amess oktyabrın 15-də İngiltərənin Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bir neçə bıçaq zərbəsi alıb. O, hadisə yerində həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1930

Oxşar yazılar