Dəmir yolunda FACİƏ:  Yeniyetmə qatarın altında qaldı  
01 noyabr 2021 05:21 (UTC +04:00)

Dəmir yolunda FACİƏ: Yeniyetmə qatarın altında qaldı  

0

Rusiyanın Nijni Novqorod vilayətində yeniyetmənin yük qatarının təkərləri altında qalması ilə nəticələnən faciə baş verib. 

Lent.az xəbər verir ki, bu barədə vilayətin hüquq-mühafizə orqanlarından bildirilib.

Hadisənin Serqaçdan Arzamas istiqamətində olan dəmir yolu xəttinin 456 km-də baş verdiyi vurğulanıb. 

Yük qatarının sürücüsü 15 yaşlı yeniyetməni görməyib və oğlan qatarın altına düşüb. 

Təcili tibbi yardım gələnə qədər yeniyetmə dünyasını dəyişib. 

Nəqliyyat polisinin məlumatına görə, faciə ilə əlaqədar qatarların hərəkətində ləngimə olmayıb. Hadisənin təfərrüatları araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2145

Oxşar yazılar