Cənubi Koreyada Omicron ştamından 2 ölüm halı qeyd alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hər iki ölüm halının paytaxt Seuldan 329 kilometr cənubda yerləşən Kvancu şəhərində qeydə alındığı bildirilib.
Omicron ştamından ölənlərin 90-dan çox yaşı olduğu əlavə olunub.