Tehranda ikinci dalğa: pandemiya qadağası sərtləşdirilir
07 iyul 2020 07:12 (UTC +04:00)

Tehranda ikinci dalğa: pandemiya qadağası sərtləşdirilir

 

İran Koronavirusla Milli Mübarizə Qərargahının açıqlamasına görə, bu gündən paytaxt Tehranda bütün kitabxanaların fəaliyyəti dayandırılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, ölkənin “qırmızı bölgələri”ndə toy və yas mərasimləri qadağan edilib.

Rəsmilər sərt məhdudiyyətlərin vəziyyətə uyğun olaraq daha da sərtləşdiriləcəyini istisna  etməyiblər.

İranın Tibb Universiteti Tehranda koronavirus xəstələri və qeyri-xəstələr üçün çarpayı çatışmazlığı ilə bağlı xəbərdarlıq edib. İran hökuməti maskanın ixracatını da qadağan edib.

Paytaxt Tehran və ətraf bölgələrdə  koronavirus xəstələri üçün  xüsusi xəstəxanaların ayrılmasına baxmayaraq, bəzi lazımi tibbi avadanlıqlar çatışmazlığı yaranıb. Hazırda Tehran xəstəxanalarında xəstə qəbulu potensialı qalmayıb.

Ötən gündən İranın bütün dövlət müəssisələrində və qapalı məkanlarda maskadan istifadə zəruri elan olunub və maska taxmayanların cəzalandırılacağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2680
avatar

Oxşar yazılar