Belçikanın Lej şəhərində çeçen və kürd qrupları arasında atışma olub.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, nəticədə Çeçenistan vətəndaşlarından biri ölüb, iki nəfər yaralanıb.
Sosial şəbəkələrdə yayılan videolarda kürd qruplaşması nümayəndələrinin beysbol dəyənəyi və silahla görüntüləri əks olunub. Qeyd edilir ki, yerli texniki xidmət stansiyasının yaxınlığındakı münaqişə çeçenlərlə kürdlər arasında atışmaya səbəb olub.
Polis 3 kürdü və 28 çeçeni sorğu-sual və sənədlərinin yoxlanılması üçün saxlayıb. Şübhəlidən “Kalaşnikov” avtomatı götürülüb.