Bütün dünyanı bürüyən anomal istilərin SƏBƏBİ TAPILDI
14 avqust 2023 16:54 (UTC +04:00)

Bütün dünyanı bürüyən anomal istilərin SƏBƏBİ TAPILDI

Tədqiqatçılar bu il müşahidə edilən qeyri-adi temperatur anomaliyalarının 2022-ci ilin yanvarında Polineziyadakı Hunqa Tonqa-Hunqa Hapai sualtı vulkanının püskürməsinin birbaşa nəticəsi ola biləcəyini irəli sürüblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər püskürmə zamanı vulkan atmosferə bəşəriyyət tarixində əvvəllər müşahidə olunmayan çoxlu miqdarda su buxarı buraxdığını bildiriblər.

Bundan əlavə, vulkanik küllə müşayiət olunan kükürd dioksidi yerin səthinə buraxılıb. Alimlər iddia edirlər ki, su buxarı termal radiasiyanın güclü uducusudur və onun iqlimə təsiri insan fəaliyyəti nəticəsində yaranan atmosfer çirklənməsi ilə müqayisə edilə bilər.

Modelləşdirmə göstərir ki, bu vulkanın püskürməsinin təsirləri iqlimdə onilliklər ərzində hiss olunacaq, lakin təsir planetin müxtəlif bölgələrində fərqli ola bilər.

Vulkan püskürməsi 21 dekabr 2021-ci ildə başlayıb və 2022-ci il yanvarın 11-dək davam edib, bundan sonra vulkan sakitləşib və adanın eyni adlı bir hissəsi su altında qalıb. Lakin bir həftə sonra vulkan fəaliyyətini bərpa edib və növbəti gün püskürmənin ən yüksək nöqtəsinə çatıb. Püskürmə zamanı atmosfer təzyiqində kəskin dəyişikliklər qeydə alınıb, yeraltı təkanlar episentrdən minlərlə kilometr məsafədə hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3181

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23