Polşada legionellyoza (legioner) xəstəliyindən ölənlərin sayı 11-ə yüksəlib.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ölkənin cənub-şərqindəki Rzeşov şəhərində epidemiya ilə bağlı araşdırmalar davam edir.
Rzeşovdan başqa, qərbdəki Ostrow Wielkopolski şəhərində iki nəfərin, şərqdəki Lublin əyalətində və cənub-şərqdəki Malopolska bölgəsində bir nəfərin bu xəstəliyə yoluxduğu bildirilir.
Nazirliyin “X” hesabından paylaşılan məlumatda deyilir ki, infeksiyanın mənbəyi çox güman ki, su təchizatıdır. Avqustun 18-də götürülmüş su nümunələrinin ilk sınaq nəticələri bunu təsdiqləyir.
Avqustun 25-də verilən açıqlamada bakteriya səbəbindən 7 nəfərin öldüyü qeyd edilib.
Qripə bənzər əlamətlərlə başlayan və pnevmoniyaya qədər irəliləyən bu xəstəlik müalicə edilmədikdə, tənəffüs və çoxlu orqan çatışmazlığına və ölümə səbəb ola bilir.
Ümumiyyətlə, süni su sistemlərində rast gəlinən legionellyoza bakteriyaları daha az dezinfeksiya edilən binalar, otel, yataqxana və xəstəxana kimi bir çox insanın istifadə etdiyi yerlərdə rast gəlinir.