Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Lent.az-ın TASS-a istinadla xəbərinə görə, ali kürsü uğrunda 6 namizəd mübarizə aparır. Hazırki dövlət başçısı Kasım-Jomart Tokayev də namizədlər arasında yer alır.
Qazaxıstanda növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməli idi. Lakin sentyabrın birində Tokayev parlamentə müraciət edərək növbədənkənar seçkilərə getməyi təklif edib. Gələn ilin ilk yarısında növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.