Bu ölkədə koronavirusa qarşı təhlükəli dərmandan istifadə olunur
27 mart 2021 09:11 (UTC +04:00)

Bu ölkədə koronavirusa qarşı təhlükəli dərmandan istifadə olunur

Ukrayna vətəndaşları müstəqil olaraq koronavirusu heyvanlar üçün təhlükəli bir dərmanla müalicə etməyə başlayıblar.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyinin aparıcı infeksiya mütəxəssisi Olqa Qolubovskaya məlumat verib. 

Həkimin sözlərinə görə, yoluxanlar Ukraynada donuzlar, mal-qara, atlar və qoyunların müalicəsində istifadə olunan “İvermektin” dərmanından istifadə edirlər. Dərman yalnız həb şəklində yox, həm də əzələdaxili tətbiq olunur. 

Mütəxəssis bunun təhlükəli olduğu barədə xəbərdarlıq edib. 

“Amerikalılar protokollarında “İvermektin”i yerləşdirirlər. Ən pis şey odur ki, bizdə yoxdur, sadəcə baytarlıq təcrübəsində istifadə olunur. İnsanlar üçün bütün ölkələrdə həb şəklində yoxdur”, - Qolubovskaya vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413
avatar

Oxşar yazılar