İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, İndoneziyanın Timor adasında 6,2 bal gücündə zəlzələ baş verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, agentliyin məlumatına görə, yeraltı təkanların episentri Mərkəzi Cənubi Timordan 36 km şimal-qərbdə quruda olub.
Tələfatla bağlı hələlik heç bir məlumat verilməyib.