AES
01 yanvar 2022 02:10 (UTC +04:00)

AES

Bu ölkədə 50 dəqiqə sonra AES-lərin yarısı dayanacaq - SƏBƏB

Almaniyada 3 atom elektrik stansiyasının fəaliyyəti eyni anda dayandırılır.

Lent.az-ın xəbərinə görə, 1 yanvar 2022-ci il saat 00.00-da (Bakı vaxtı ilə 03.00) 3 AES-in fəaliyyəti dayandırılacaq və onlar elektrik şəbəkəsindən ayrılacaq. Söhbət Şlezviq, Bavariya və şağı Saksoniyada yerləşən stansiyalardan gedir. 
Bu tarixdən etibarən ölkədə cəmi 3 AES fəaliyyət göstərəcək ki, onların da istismarının son müddəti 31 dekabr 2022-ci il müəyyən edilib. Bununla da, Almaniya 1 yanvar 2023-cü il tarixdə nüvə enerjisindən istifadəni tam dayandıracaq. Fəaliyyətini dayandırmış stansiyaların sökülməsi bir neçə il çəkəcək.  

Qeyd edək ki, 2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş vermiş qəzadan sonra Almaniya hökuməti atomdan dinc məqsədlə istifadəni dayandıracağını elan etmişdi. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061
avatar

Oxşar yazılar