Qvineyada ilk dəfə ölümcül Marburq qızdırması aşkar edilib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, virus nümunəsi Qvineyanın iki laboratoriyasında sınaqdan keçirilib.
Ölkə səlahiyyətliləri Marburq qızdırmasına yoluxma halını təsdiqləmək üçün virus nümunəsini Seneqala göndərmək qərarına gəliblər.
Virusa yoluxanla təmasda olan şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmaya başlanılıb. Yoluxan şəxsin olduğu əraziyə də nəzarətə götürülüb.