Britaniyada deputat seçiciləri ilə görüşdə BIÇAQLANARAQ ÖLDÜRÜLDÜ  - VİDEO
15 oktyabr 2021 22:18 (UTC +04:00)

Britaniyada deputat seçiciləri ilə görüşdə BIÇAQLANARAQ ÖLDÜRÜLDÜ - VİDEO

0

Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputatı Deyvid Amess İngiltərənin Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bir neçə bıçaq zərbəsi alıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, deputat hadisə yerində həyatını itirib.

Polisin verdiyi məlumata görə, 25 yaşlı şəxs şübhəli qismində saxlanıb.

Baş nazir Boris Conson öldürülən millət vəkilini xeyirxah, gözəl və mülayim insan kimi xarakterizə edib. O, hadisədən çox kədərləndiyini və şok keçirdiyini bildirib: “Deyvid bu ölkəyə və onun xoş gələcəyinə inanan bir adam idi. Bu gün gözəl bir dövlət xadimini, çox sevilən bir dostumuzu və həmkarımızı itirdik”, deyə baş nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2073

Oxşar yazılar