Britaniya Belarus idmançılarının VİZALARINI LƏĞV ETDİ
26 fevral 2022 18:55 (UTC +04:00)

Britaniya Belarus idmançılarının VİZALARINI LƏĞV ETDİ

0

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Belarusun basketbol üzrə milli komandasının vizalarını ləğv edib.

Lent.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Priti Patel "Twitter" hesabında yazıb.

O qeyd edib ki, Belarusun kişilərdən ibarət basketbol komandasının vizasını ləğv edib, onların sabah axşam Nyukaslda oyunu var idi:

"Böyük Britaniya Putinin Ukraynaya səbəbsiz və qeyri-qanuni işğalında iştirak edən ölkələrin milli idman komandalarını qəbul etməyəcək".

O bildirib ki, digər Belarus idmançılarını da ölkəyə buraxmaq niyyətində deyillər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1804

Oxşar yazılar