Şahzadə Filip
11 aprel 2021 15:41 (UTC +04:00)

Şahzadə Filip

Boris Consondan şahzadənin yas mərasim ilə bağlı gözlənilməz qərar

 Böyük Britaniya Baş naziri Boris Conson Şahzadə Filipin yas mərasimində iştirak etməyəcək. 

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya Baş nazirinin ofisindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, mümkün qədər daha çox ailə üzvlərinin iştirakına imkan yaratmaq üçün Baş nazir mərasimdə iştirak etməyəcək.

Hazırda İngilətərədə karantin qaydalarına görə dəfn mərasimlərində ən çox 30 nəfər iştirak edə bilər. 

Şəhzadə Filipin yas mərasimi aprelin 17-də Vindsor Sarayında keçiriləcək. Yas mərasimi ictimaiyyətə bağlı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

Oxşar yazılar