"İlk dəfə bu işi görməyə məcbur ediləndə, 15 yaşım vardı. Məktəbdən çıxıb, anam və nənəmin yolunu davam etdirməli oldum. Axı onlar da bu yolun yolçuları idilər”. 18 yaşlı Hanan deyir bunu “BBC Hindistan”a.
Hanan kimi çoxları Mumbayda (keçmiş Bombey) bədənlərini satır. Xüsusən də,
Kamatipura rayonunda.
Burda fahişələrin bir saatlıq xidməti 2-3 dollar arası dəyişir. Təbii, bu qiymət onların xidmətindən istifadə edən yerli sakinlərə aiddir. Avropalılara isə onlar qiymət oxuyurlar. Əgər “ağ adam”sansa, qiymət 500 rupiyə qədər (təxminən 10 manat) qalxır.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, buradakı bordellrədə 15-16, hətta 14 yaşlı qızlara belə rast gəlmək olar. Gündə bir neçə müştəiriyə xidmət edirlər. İş isə səhər 8-dən, gecə 12-ə qədərdir.
Burda veneroloji xəstəlik tapmamaq mümkün deyil. Hətta nə qədər qorunsan belə. Və ən dəhşətlisi odur ki, "sevgililərin" “görüş yerləri” də çirkli, rütubətli və iyrəncdi, sanki zibillikdi.
Buranın öz sutenyorları var. Hərəsinin də əlinin altında bir neçə “gözəlçə”.
Ən müsibəti odur ki, bəzi hallarda ata və ya qardaş da “aradüzəldənlik” edir.
Hanan kimi qızlar varlı kişilərdən tutmuş, yük maşını sürücülərinə qədər bir neçə müştəriyə xidmət edir gündə.
“18 yaşımda bunun nə qədər yanlış olduğunu başa düşmüşdüm və çox acıqlı idim. Amma nə edə bilərdim ki? Bu yolla pul qazanmasam, ailəm necə dolanardı?”
Hə, əslində bir qarın yemək üçün bədənlərini satır bu qadınlar. Və həm də ataları belə bilinməyən uşaqlar dünyaya gətirirlər...

Bir qarın yeməyə bədən satanlar: “Görüş yerləri” çirkli, iyrənc və zibillikdi
Oxşar yazılar
Milyonçular üçün vergi artımı büdcəyə 400 milyard dollar gətirəcək
22 aprel 2025 , 05:19
Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verdi
22 aprel 2025 , 03:23
Amerikalı naziri restoranda qarət etdilər
22 aprel 2025 , 01:38
Roma Papası Fransiskin ölüm səbəbi açıqlandı
21 aprel 2025 , 23:49
282 sərnişin ölümlə üz-üzə qaldı – ABŞ-da təyyarə havaya qalxmadan alovlandı
21 aprel 2025 , 22:25
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
21 aprel 2025 , 13:48
Xaçaturyan bacılarının atası barədə MƏHKƏMƏ HÖKMÜ
21 aprel 2025 , 13:20