"Microsoft" korporasiyasının həmtəsisçisi
18 fevral 2021 00:11 (UTC +04:00)

"Microsoft" korporasiyasının həmtəsisçisi

Bill Qeyts bəşəriyyətin qarşısında duran ƏN BÖYÜK PROBLEMİNİ AÇIQLADI

"Microsoft" korporasiyasının həmtəsisçisi Bill Qeyts bəşəriyyətin qarşısında duran ən böyük problemi açıqlayıb.

Lent.az "ICTnews"a istinadən xəbər verir ki, milyarderin fikrincə, 2050-ci ilədək iqlim balansına nail olmağın qeyri-mümkünlüyü gələcək üçün ən böyük problemdir.

O, insanların istixana qazlarının həcmini azaltmalı və iqlimə mənfi təsiri aradan qaldırmalı olduğunu bildirib. Həmçinin istixana qazı tullantılarının kömür, neft və qaz yanmasından əldə olunan enerji ilə əlaqəli olduğuna diqqət çəkib.

Milyarder nüvə enerjisinin gələcəyin daimi enerji mənbəyinə çevriləcəyinə əmindir, çünki günəş və külək enerjisindən fərqli olaraq yalnız nüvə enerjisi bu funksiyanı davamlı olaraq yerinə yetirə bilər.

Alimlərin araşdırmasına görə, planetdə iqlim balansına nail olmaq üçün 2050-ci ilədək nüvə enerjisi istehsalının həcmi 930 qiqavatadək artırılmalıdır. Hazırda bu göstərici 393 qiqavatt təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar