Beyrutda Əsədin  qohumları   saxlanıldı-  saxta pasportlarla qaçmağa  cəhd etdilər
27 dekabr 2024 21:38 (UTC +04:00)

Beyrutda Əsədin qohumları saxlanıldı- saxta pasportlarla qaçmağa cəhd etdilər

Livan hakimiyyəti Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızını Beyrut Beynəlxalq Hava Limanında saxlayıb. 

Lent.az bildirir ki, ərəb KİV-lərinin məlumatına görə, qadınlar saxta sənədlərlə Livanı tərk etməyə çalışıblar.

Livanın təhlükəsizlik xidmətləri araşdırmaya başlayıb, lakin onların hansı istiqamətə getməyi planlaşdırdıqları məlum deyil.

Dureyd Əsəd 1971-2000-ci illərdə Suriyaya rəhbərlik etmiş Hafiz Əsədin kiçik qardaşı Rifat Əsədin oğludur. Rifat Əsəd əvvəllər Suriyanın vitse-prezidenti vəzifəsində çalışıb, lakin 1984-cü ildə uğursuz çevriliş cəhdindən sonra ölkədən qovulub. 2021-ci ilə qədər Rifat Fransada yaşayıb və orada Suriya hökumətinin vəsaitlərindən milyonlarla avro mənimsəməkdə təqsirli bilinib.

2023-cü ilin avqustunda İsveçrə 87 yaşlı Rifat Əsədin həbsinə beynəlxalq order verib. O, 1982-ci ildə Həma qırğını da daxil olmaqla çoxsaylı hərbi cinayətlərdə ittiham olunur. Hazırda Rifatın dəqiq harada olduğu məlum deyil, lakin əvvəllər ərəb jurnalistlər iddia edirdi ki, Suriyada hakimiyyət dəyişikliyindən sonra o, ailəsi ilə birlikdə Livana köçə bilərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Oxşar yazılar