Belqorod poliqonundakı DƏHŞƏTLİ QƏTLİAMIN  təfərrüatı
16 oktyabr 2022 21:17 (UTC +04:00)

Belqorod poliqonundakı DƏHŞƏTLİ QƏTLİAMIN təfərrüatı

2

Belqorod vilayətinin Soloti kəndindəki poliqonda baş verən qətliamın səbəbi dini zəmində münaqişə ola bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “Astra” məlumat yayıb.

Nəşrin adının açıqlanmasını istəməyən mənbəsi bildirib ki, poliqonda münaqişə üç əsgərin - bir dağıstanlı, bir azərbaycanlı və bir adıgeylinin artıq xidmət etmək istəmədikləri barədə raport yazmaq niyyəti ilə başlayıb. Onlar niyyətlərini bununla izah ediblər ki, bu, “onların müharibəsi deyil”.

“Astra”nın məlumatına görə, bundan sonra polkovnik-leytenant Andrey Lapin bütün əsgərləri poliqona toplayıb və bunun guya “müqəddəs müharibə” olduğunu bildirib. Tacik əsilli hərbçilər cavab olaraq qeyd ediblər ki, müqəddəs müharibə müsəlmanların kafirlərə qarşı müharibəsidir.

"Lapin deyib ki, "Allah and içdiyiniz ölkə uğrunda vuruşmağınıza icazə vermirsə, qorxaqlıq deməkdir.

"Bu ifadə platformada dayanan bir çox insanı şoka salıb. Çünki bizim zabitlər arasında müsəlmanlar var - həm başqırdlar, həm də tatarlar”, - nəşrin mənbəsi əlavə edib ki, Lapin vurğulayıb.

İddia edilir ki, bu bəyanatı verdikdən sonra üç tacik “digər müsəlmanlara kənara çəkilməyi əmr edib, pulemyotlarını çevirib, polkovnik-leytenant Lapini öldürüb və fərq qoymadan atəş açıb, daha 29 nəfəri öldürüb”. Hücum edənlərdən ikisi öldürülüb, üçüncüsü isə yaralı halda qaça bilib.

Eyni zamanda, nəşrin mənbəsinin məlumatına görə, qatil olduğu iddia edilən şəxslərin adları baş serjant Bikzot, kiçik serjant Ami (o, qaçmağa müvəffəq olub) və Anuşadır.

Xatırladaq ki, Belqorod vilayəti ərəfəsində naməlum şəxslər hərbi hissələrdən birinin ərazisini atəşə tutublar: 22 nəfər həlak olub, 16 nəfər yaralanıb.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 3646

Oxşar yazılar