Co Bayden, ABŞ Prezidenti
31 dekabr 2021 05:10 (UTC +04:00)

Co Bayden, ABŞ Prezidenti

Bayden: “Rusiya Ukraynaya təcavüz edərsə, Qərb qəti cavab verəcək”

“ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə telefon danışığında Rusiyanın Ukraynaya təcavüz edəcəyi təqdirdə Vaşinqton və müttəfiqlərinin qəti cavab verməyə hazır olduğunu açıqlayıb”.

Lent.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psakinin yaydığı yazılı açıqlamada bildirilib.

Qeyd edilib ki, telefon danışığı zamanı prezident Bayden Rusiyanı Ukrayna ilə gərginliyi azaltmağa çağırıb: “Bayden açıq şəkildə bildirib ki, Rusiya gələcəkdə Ukraynanı işğal edərsə, Birləşmiş Ştatlar və onun müttəfiqləri, habelə tərəfdaşları qətiyyətli cavab verəcəklər”.

Açıqlamada daha sonra vurğulanıb ki, Bayden strateji sabitlik üzrə dialoq çərçivəsində, həmçinin, Rusiya-NATO Şurası və ATƏT vasitəsilə Rusiya Federasiyası ilə diplomatik təmasları dəstəklədiyini bildirib: “Eyni zamanda, Bayden nəzərəçarpacaq irəliləyişin yalnız gərginliyin azaldılması şəraitində mümkün hesab etdiyini deyib - Bu dialoqda nəzərəçarpacaq irəliləyiş yalnız eskalasiya deyil, deeskalasiya kontekstində baş verə bilər”.

Xatırladaq ki, liderlər arasında bu gün baş tutan söhbətin təşəbbüskarı Putin olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi məlumata görə, söhbətin məqsədi liderlər arasında əvvəlki söhbətin gündəliyində olan məsələlərin, eləcə də 2022-ci ilin yanvarında keçiriləcək danışıqların müzakirəsini davam etdirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566
avatar

Oxşar yazılar