Co Bayden altı yaşlı uşaq ağılındadır.
Lent.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarları ilə görüşü zamanı bildirib.
Siyasətçinin sözlərinə görə, dünya Baydenə gülür:
“Mən Baydenin bu yaşında ondan daha ağıllı olan altı yaşlı uşaqlarla rastlaşmışam”.
Siyasətçi Co Baydeni korrupsioner və səriştəsiz adlandırıb.
Keçmiş prezident deyib ki, Çin və Rusiya rəhbərliyi ABŞ-nin başına gələnlərə inana bilmir.
“Ölkəmizə, prezidentimizə hörmət edirdilər, ona görə də biz təhlükəsiz idik. Çin bizimlə uşaq kimi danışır”, - deyə Tramp narazılığını bildirib.