Rusiyanın Krasnoyarsk şəhərində 39 yaşlı azərbaycanlıya məxsus qab-qacaq müsadirə edilib.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Bakı-Krasnoyarsk reysi ilə uçan azərbaycanlının baqajında olan 282 armudu stəkan və başqa növ qab-qacaqları keçirməyə icazə verilməyib. O, bu malları deklarasiyadan keçirmədiyinə görə, həmin məhsullar müsadirə edilib.
Sevinc Fərid