Rusiyanın Moskva şəhər Presnensk rayon məhkəməsində Zaur Mərdanova 11 il həbs cəzası istənilib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, o, 2004-cü ilin yanvarında dünya şöhrətli müğənni Avraam Russonu oğurlamaqda ittiham olunur. Presnensk rayon məhkəməsi habelə Elyar Dəmirov və Vladimir Qusakov haqqında da hökm oxuyub.
Xatırladaq ki, 2004-cü ilin yanvarında adı çəkilən şəxslər Avraam Russonu oğurlayaraq, Telman İsmayılova məxsus “Praqa” restoranına gətirib və orada ona işgəncə veriblər. Onu da əlavə edək ki, Zaur Mərdanov Telman İsmayılovun qardaşı oğludur.