Ayı evə girdi, kişinin başını dişlədi
05 avqust 2023 01:55 (UTC +04:00)

Ayı evə girdi, kişinin başını dişlədi

ABŞ-da ayı kişiyə hücum edib.

Lent.az xəbər verir ki, bu barədə "WJAC" məlumat yayıb.

Hadisə Pensilvaniyada baş verib.

Con Svartz adlı amerikalı qaraja gedərkən ayı ilə qarşılaşıb.

Həmin vaxt heyvan zibillikdən yemək tapmağa çalışıb.

Ayı kişini divara sıxaraq başını dişləyib.

Bundan sonra ayı qaçıb.

Zərərçəkənin həyat yoldaşı təcili yardım çağırıb. 

“Dəhşətli idi, amma bəxtimiz gətirdi ki, hər şey belə bitdi. Onun bir neçə yarası var, amma sağalacaq "deyə həyat yoldaşı qeyd edib.

Hadisə yerinə gələn polis əməkdaşları ayını tutmaq üçün ona tələ hazırlayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298
avatar

Oxşar yazılar