Avropa İttifaqında vaksin qalmaqalı
14 mart 2021 09:31 (UTC +04:00)

Avropa İttifaqında vaksin qalmaqalı

Avropa Komissiyasının rəhbərinin birinci müavini Frans Timmermans yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinlə bağlı strategiyalarının səhv olduğunu bildirib.

Lent.az-ın məlumatına görə, F. Timmermans “Tagesspiegel AM Sonntag” qəzetinə müsahibəsində həm Brüssel, həm də Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vaksin alınması ilə bağlı sifarişlərində səhvə yol verildiyini qeyd edib.

Bununla belə, F. Timmermans  tələsməməyə, pandemiyanın yekununda nəticə çıxarmağa çağırıb: “Yekunda biz görə biləcəyik ki, nəyi düz, nəyi səhv etmişik. Vaksinlə bağlı birgə sifariş düz qərar olardı”.

Qeyd edək ki, dünən Aİ-yə üzv 5 dövlət – Avstriya, Bolqarıstan,  Latviya, Sloveniya və Çexiya vaksinin üzv dövlətlər arasında ədalətli bölüşdürülməməsi problemi ilə bağlı Aİ-nin sammitinin keçirilməsini tələb ediblər. Bu dövlətlər vaksinin Aİ-yə üzv ölkələrin əhalisinin sayı nəzərə alınmaqla proporsional qaydada bölünməsinə istəyirlər. Eyni zamanda Aİ çərçivəsindəki mövcud mexanizmin bəzi dövlətlərə ayrıca vaksin almaq üçün dərman şirkətləri ilə müqavilə bağlamasına imkan verməsini tənqid edir, bu səbəbdən Aİ-yə üzv digər dövlətlərin vaksin çatışmazlığı ilə üzləşdiyini vurğulayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2346
avatar

Oxşar yazılar