Rusiyanın Aluşta şəhərində bir ailə dramı baş verib. Ata 4 yaşlı oğlunu gölün qırağına apararaq yandırıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Araşdırma zamanı məlum olub ki, ata ondan boşanan arvadından qisas almaq məqsədilə bu addımı atıb. Uşağı keçmiş arvadının əlindən zorla alaraq şəxsi maşını ilə göl qırağına gətirib. Burada uşağı maşının içərisinə qoyaraq odlayıb.
Dəhşətli hadisə sosial şəbəkələrdə böyük rezonansa səbəb olub.
Azyaşlı ağır yanıq xəsarətləri alıb və hazırda xəstəxanadadır.
Ata saxlanılıb. Onun barəsində “azyaşlını öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.