Almaniya kansleri Putinə  nəyi qadağan   edib?
23 aprel 2024 19:08 (UTC +04:00)

Almaniya kansleri Putinə nəyi qadağan edib?

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinin böyük alman filosofu İmmanuel Kantdan sitatlar və istinadlar işlətməsinə qarşı çıxıb, Kremli ikiüzlülükdə və manipulyasiyada ittiham edib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Şolts vurğulayıb ki, Rusiyanın Kantın irsini özünə aid etmək hüququ yoxdur. O, həmçinin filosofun anadan olmasının 300 illiyinə həsr olunmuş nitqində Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləyib.

Putin artıq dəfələrlə öz çıxışlarında Kantın adını çəkib, onu Kalininqrad vilayətinin simvolu və rus xalqı üçün nümunə hesab edib. Bununla belə, Şolts iddia edir ki, filosofdan Rusiya siyasəti kontekstində istifadə etmək yersizdir.

Rusiya rəsmiləri də dövlətlərarası münaqişələrə, o cümlədən Ukrayna münaqişəsinə görə məsuliyyəti Kantın üzərinə atmağa çalışıblar. Almaniya kansleri qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi dövlətlərarası mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olan Kantın irəli sürdüyü əsas prinsiplərə ziddir.

Şolts əlavə edib ki, Kantın beynəlxalq münaqişələrin həllində digər dövlətlərin suverenliyinə hörmətlə yanaşmağa və zorakılığa yol verməməyə çağıran prinsipləri Rusiya hökumətinin hərəkətləri ilə bir araya sığmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4213

Oxşar yazılar

Tramp on birinci dəfə baba oldu

Tramp on birinci dəfə baba oldu

16 may 2025 , 02:53
8 il əvvəl  itkin düşən qızın meyiti başqa ölkədə  TAPILDI

8 il əvvəl itkin düşən qızın meyiti başqa ölkədə TAPILDI

15 may 2025 , 17:28
İnternetdə daxili orqanlarını  satmaq istəyirdi, saxlanıldı

İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

15 may 2025 , 14:54
Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

15 may 2025 , 14:40
Varan yeni doğulmuş körpəni yedi

Varan yeni doğulmuş körpəni yedi

15 may 2025 , 12:48
Məşhur aktyor müharibədə həlak oldu

Məşhur aktyor müharibədə həlak oldu

15 may 2025 , 10:28
Macarıstan Ukrayna PUA-sını vurdu

Macarıstan Ukrayna PUA-sını vurdu

15 may 2025 , 01:33
Heyvanxanada 13 nəfəri ildırım vurdu

Heyvanxanada 13 nəfəri ildırım vurdu

14 may 2025 , 22:22