ABŞ-da 4 aylıq körpəni şkafda boğub öldürən ata-ana həbs edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə 2024-cü ilin may ayında Texas ştatının Hyuston şəhərindəki oteldə baş verib.
38 yaşlı ata Ceremi Françer və 21 yaşlı anası Destini Kamper ağladığı üçün 4 aylıq körpələri Brukellini şkafın çəkməsinə atıblar. Davamlı ağladığı üçün otel işçiləri polis çağırıblar. Gələn polislər uşağı ölü halda tapıblar. Uşağın burada havasızlıqdan boğulub öldüyü bildirilir.
Hadisədən 1 il sonra ata və ana məhkəmə qərarı ilə həbs olunaraq, ayrı-ayrı cəzaçəkmə müəssisələrinə yerləşdiriliblər.