ABŞ və İsrailin İrana zərbələri: 200-dən çox uşaq,  220-dən artıq qadın öldü
13 mart 2026 20:52 (UTC +04:00)

ABŞ və İsrailin İrana zərbələri: 200-dən çox uşaq, 220-dən artıq qadın öldü

0

ABŞ və İsrailin zərbələri nəticəsində İranda 220-dən çox qadın və 200-dən artıq azyaşlı həyatını itirib.

Lent.az xəbər verir ki, bu barədə ISNA agentliyi İranın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində azı 223 qadın və 18 yaşadək 202 uşaq, o cümlədən 5 yaşdan kiçik 12 uşaq həlak olub.

Eyni zamanda 2 729 qadın və 1 190 azyaşlı yaralanıb.

Yaralananlar arasında 2 yaşdan kiçik 41 uşaq da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar