ABŞ hökuməti Ukraynaya hərbi kömək zamanı PUA, tank əleyhinə “Javelin” raket kompleksləri və “Stinger” daşınan ZRK-ların çatdırılmasını prioritet sayır.
Lent.az-ın TASS-a istinadla xəbərinə görə, bunu Pentaqon sözçüsü Con Kibri bildirib.
Kibri qeyd edib ki, Ukraynaya 800 milyon dollarlıq yardım çərçivəsində təchizat davam edir: “Çatdırılma hətta bazar günləri də davam edib. Təchizat zamanı biz “Javelin, “Stinger” və PUA-lara üstünlük veririk. Bunlar hamısı priorotetdir” – deyə Kirbi vurğulayıb.