ABŞ Kərəclə Tehranı birləşdirən körpünü vurdu, 8 ölü, 95 yaralı var  - VİDEO
02 aprel 2026 21:17 (UTC +04:00)

ABŞ Kərəclə Tehranı birləşdirən körpünü vurdu, 8 ölü, 95 yaralı var - VİDEO

0

Tehranın qərbində yerləşən Kərəc şəhərində tikilməkdə olan körpüyə endirilən zərbələr nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

“Əlborz vilayətinin 8 sakini, o cümlədən ərazidən keçən sərnişinlər və onların ailə üzvləri həlak olub, 95 nəfər yaralanıb”, – deyə vilayət qubernatorunun müavini Qodratulla Seyf bildirib.

***
21:16

ABŞ və İsrail qüvvələri İranın Kərəc şəhərində tikilməkdə olan iri körpüyə iki dəfə zərbə endirilib.

Lent.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

Tehranla Kərəci birləşdirməli olan və tikintisi son mərhələdə olan körpü ciddi zərər görüb.

Hücum nəticəsində iki nəfər həlak olub, yaralananlar var.

İkinci zərbə xilasedicilər hadisə yerində yardım göstərərkən baş verib.

ABŞ prezidenti Donald Tramp hadisəyə münasibət bildirərək, “İranda ən böyük körpü artıq yoxdur və bundan sonra daha çox şey olacaq. İran gec olmadan razılaşma əldə etməlidir”, – deyə qeyd edib.

Buna cavab olaraq Fars agentliyi regiondakı bir sıra obyektlərin hədəf ola biləcəyini bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 583

Oxşar yazılar