ABŞ ordusu bazar günü İrandakı hədəflərə qarşı daha bir zərbə dalğasına başlayıb.
Lent.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir.
"Şərq vaxtı ilə saat 17:00-da CENTCOM qüvvələri Hörmüz boğazından sərbəst keçən ticarət gəmilərinə və günahsız dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətmək üçün İrana qarşı əlavə zərbələr endirməyə başlayıb. Əmr Ali Baş Komandan tərəfindən verilib", - açıqlamada bildirilir.