Bu gün Fars körfəzində İrandakı əməliyyatlarda iştirak edən ABŞ ordusuna aid daha bir təyyarə qəzaya uğrayıb.
Bu barədə “The New York Times“ qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, “A-10 Warthog” təyyarəsi Hörmüz boğazı yaxınlığında, təxminən İran üzərində F-15E təyyarəsinin vurulması ilə eyni vaxtda qəzaya uğrayıb.
Məlumatda təyyarənin pilotunun təhlükəsiz şəkildə xilas edildiyi bildirilir. ABŞ rəsmiləri təyyarənin necə qəzaya uğradığı barədə əlavə məlumat verməyiblər.