ABŞ Prezidenti Co Bayden
15 avqust 2021 01:13 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden

ABŞ Əfqanıstana 5 minlik qoşun göndərir: Bayden “TALİBAN”I HƏDƏLƏDİ

ABŞ Prezidenti Co Bayden Əfqanıstanda olan diplomatik personalın sayının azaldılması məqsədilə onların ölkədən təhlükəsiz çıxarılmasını təmin etmək üçün 5 min hərbçinin göndərilməsinə icazə verdiyini söyləyib.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. 

ABŞ lideri bildirib ki, kəşfiyyat məlumatlarına əsaslanaraq ABŞ və müttəfiqlərinin şəxsi heyətinin təhlükəsiz şəkildə azaldılması və missiya zamanı kömək edən əfqanların təhlükəsiz şəkildə təxliyəsini təmin etmək üçün 5 hərbçisinin Əfqanstana yerləşdirilməsinə icazə verib. 

Həmçinin, Bayden “Taliban”ın Əfqanıstandakı amerikalı personala təhlükə törətdikləri təqdirdə bunun cavabını alacaqlarını deyib: “Əfqanıstanda ABŞ personalı və ya missiyamız üçün təhlükə yaradan hər hansı bir hərəkət sürətli və qəti cavabla  qarşılanacaq”.

ABŞ prezidenti əlavə edib ki, bu barədə Dohadakı danışıqlada “Taliban” nümayəndələrinə bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496
avatar

Oxşar yazılar