Rusiyada oktyabrdan kütləvi peyvəndlər başlayacaq
02 avqust 2020 05:07 (UTC +04:00)

Rusiyada oktyabrdan kütləvi peyvəndlər başlayacaq

“Rusiya Səhiyyə Nazirliyi oktyabr ayında koronavirusa qarşı kütləvi peyvənd kampaniyasını planlaşdırır”. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə naziri Mixail Muraşko jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, oktyabr ayı üçün əhalinin daha geniş peyvəndləməsi aparılacaq: “Tədricən yeni bir müalicə sistemini işə salmalıyıq. Koronavirusa qarşı yeni peyvənd pulsuz olacaq”. 

Qeyd edək ki, Muraşko daha əvvəl “Qamaleya” Elmi Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutu tərəfindən hazırlanmış yeni koronavirus peyvəndinin klinik sınaqlarının bitdiyini demişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4060
avatar

Oxşar yazılar