İtaliyada koronavirus qurbanlarının sayı 10-a, youxanların sayı isə 322 nəfərə çatdı.
APA TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı İtaliya Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.
Onun sözlərinə görə, son saatlarda ölən üç nəfər 80 yaşdan yuxarı insanlardır: “Yoluxanların əksəriyyəti – 240 nəfəri Lombardiyada qalır”.
Departament rəhbəri qeyd edib ki, Siciliyada bu xəstəliyə yoluxanların sayı üç nəfərə yüksəlib.