Amerikanın Hennessey şirkəti 1000 at gücünə malik xüsusi Ram “Rumble Bee” pikapını hazırlayıb.
Lent.az xəbər verir ki, model klassik “Rumble Bee” adını müasir yüksək performanslı pikap konsepsiyası ilə birləşdirir.
Avtomobilin əsas üstünlüyü gücləndirilmiş mühərriki və yüksək sürətlənmə imkanlarıdır.
Pikapın xarici görünüşündə də onu adi Ram modellərindən fərqləndirən xüsusi dizayn elementlərindən istifadə olunub.
“Rumble Bee” məhdud sayda istehsal ediləcək və əsasən yüksək performanslı avtomobillərin kolleksiyaçıları və həvəskarları üçün nəzərdə tutulub.