“Nyukasl”ın  yeni baş məşqçisi bəlli olub
09 avqust 2026 10:10 (UTC +04:00)

“Nyukasl”ın yeni baş məşqçisi bəlli olub

0


“Nyukasl Yunayted” Eddi Haunun gedişindən sonra yeni baş məşqçisini müəyyənləşdirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə klubu 38 yaşlı almaniyalı mütəxəssis Mattias Yaysleni baş məşqçi təyin edib. Onunla uzunmüddətli müqavilə imzalanacağı bildirilir.

Yaysle daha əvvəl “Zalsburq” və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klublarını çalışdırıb. O, “Əl-Əhli” ilə ardıcıl iki dəfə Asiya Çempionlar Liqasının qalibi olub, həmçinin Səudiyyə Ərəbistanı Superkubokunu qazanıb.

Mütəxəssis xüsusilə gənc futbolçuların inkişafına verdiyi önəm və yüksək intensivlikli pressinq futbolu ilə tanınır. “Nyukasl” rəhbərliyinin də məhz bu xüsusiyyətlərə görə Yaysleni əsas namizəd seçdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar