“Google” haker qruplarına xüsusi ləqəblər  niyə verir?
08 avqust 2026 22:24 (UTC +04:00)

“Google” haker qruplarına xüsusi ləqəblər niyə verir?

0

“Google”un kibertəhlükəsizlik üzrə aparıcı mütəxəssislərindən biri şirkətin haker qruplarına xüsusi ləqəblərin verməsinin səbəblərini açıqlayıb.

Lent.az xəbər verir ki, şirkətin təhlükəsizlik bölməsi müxtəlif haker qruplarını fəaliyyət istiqamətləri, istifadə etdikləri üsullar və hədəflərinə əsasən ayrı-ayrı adlarla təsnif edir.

Bu yanaşma təhlükəsizlik mütəxəssislərinə eyni qrupun müxtəlif hücumlarını bir-biri ilə əlaqələndirməyə və onun fəaliyyətini daha asan izləməyə imkan verir.

“Google” son dövrdə haker qruplarının adlandırılması sistemində də dəyişiklik edib. Mütəxəssisin sözlərinə görə, dövlət dəstəkli haker qrupları adətən daha uzunmüddətli və sabit hədəflərə malik olur, kibercinayətkar qrupların tərkibi isə daha tez-tez dəyişir.

Şirkət bu ləqəblərdən istifadə etməklə müxtəlif ölkələrdən və təşkilatlardan gələn kibertəhdidlərin müəyyən edilməsini və qruplaşdırılmasını asanlaşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 88

Oxşar yazılar