Şou-biznesin ayrılmaz dostları:  Uğura birlikdə gedən 5 məşhur cütlük
09 avqust 2026 17:13 (UTC +04:00)

Şou-biznesin ayrılmaz dostları: Uğura birlikdə gedən 5 məşhur cütlük

0

Şou-biznes dünyası intriqalar, rəqabət və qalmaqallarla zəngin olsa da, bəzən dostluq bütün bunlardan daha güclü olur. Bəzi məşhurlar bir-birlərini rəqib kimi görmək əvəzinə, karyerada irəliləməyə kömək edir, çətin günlərdə dəstək olur, biznes məsləhətləri verir, hətta evlərinin qapısını bir-birlərinin üzünə açırlar.

Lent.az xarici KİV-ə istinadla şou-biznesdə dostluğu karyeralarına da müsbət təsir göstərən beş məşhur cütlüyün siyahısını təqdim edir:

Teylor Svift və Kara Delevin 

İddialara görə, üsyankar xarakteri və fərqli üslubu ilə seçilən Kara Sviftin imicində müəyyən dəyişikliklərin yaranmasına təsir göstərib. Məhz Kara Svifti yüksək moda dünyasına daha da yaxınlaşdırıb.

Kara isə Teylorun məşhur "Bad Blood" klipində çəkilib. Delevin onların çox yaxın olduğunu və hətta bir müddət eyni evdə yaşadıqlarını söyləyib. Kara şəxsi həyatında çətin dövr keçirərkən Teylor ona öz evində qalmağa imkan verib.

Тейлор Свифт и Кара Делевинь

Ledi Qaqa və Donatella Versaçe

Ledi Qaqa ilə Donatella Versaçenin dostluğu illərdir moda və musiqi dünyasının diqqət mərkəzindədir. Onların münasibəti təkcə işbirliyi ilə məhdudlaşmayıb. Qaqanın sözlərinə görə, şou-biznesə yeni qədəm qoyduğu və çox gənc olduğu illərdə Donatella ona məsləhətləri ilə dəstək göstərib.

Müğənni dəfələrlə Versace kolleksiyalarının siması olub. Donatella isə Qaqa üçün xüsusi geyimlər hazırladığını gizlətməyib.

Qaqa da rəfiqəsinə münasibətini musiqisində nümayiş etdirib. Onun mahnılarından biri məhz "Donatella" adlanır. Müğənni Donatella haqqında danışarkən onu "bacım" adlandırıb.

Леди Гага и Донателла Версаче

Şer və Tina Törner 

Şer və Tina Törner uzun illər yaxın dost olublar. Onların münasibətlərinin ən yaddaqalan məqamlarından biri Törnerin həyatının çətin dövrünə təsadüf edib. 1976-cı ildə Tina Törner ağır ayrılıq prosesi keçirirdi. Həmin dövrdə onun maddi vəziyyəti də yaxşı deyildi və müğənni Las-Veqas kazinolarında, otellərdə və müxtəlif tədbirlərdə nisbətən aşağı qonorarlarla çıxış edirdi.

Şer isə həmin vaxt şöhrətinin zirvəsində idi. O, rəfiqəsini öz televiziya şousuna dəvət edib və onlar birlikdə duet oxuyublar. Çıxışı milyonlarla insan izləyib və bundan sonra Törnerə müxtəlif musiqi şirkətlərindən təkliflər gəlməyə başlayıb. Tina sonralar xatirələrində Şerin onun həyatına yenidən güc verdiyini və insanlara kim olduğunu xatırlatdığını deyib.

Шер и Тина Тернер

Cennifer Lourens və Emma Stoun 

Hollivudda eyni tip rollar uğrunda mübarizə aparan aktrisaların rəqib olması adi hal sayılsa da, Cennifer Lourens və Emma Stoun bunun əksini göstəriblər.

Onların sözlərinə görə, münasibətləri peşəkar maraqlardan daha çox şəxsi yaxınlığa əsaslanır. Lourens hətta gecə saat üçdə belə istənilən məsələ ilə bağlı Emmaya zəng edə biləcəyini söyləyib. Dostluqları karyeralarına da təsirsiz ötüşməyib. Lourens müsahibələrinin birində bildirib ki, vaxtilə bir layihədən imtina edərkən rejissora Emma Stounla əlaqə saxlamağı məsləhət görüb. Nəticədə Stoun həmin rolu əldə edib. Emma isə bir zamanlar Cenniferin uğurlarına paxıllıq etdiyini etiraf edib. Lakin aktrisa sonradan bu hissin öhdəsindən gəlməyi bacarıb və onların dostluğu davam edib.

Дженнифер Лоуренс и Эмма Стоун

Kendall Cenner və Heyli Biber 

Kendall Cenner və Heyli Biberin yaxın dostluğu əvvəlcə ictimaiyyət tərəfindən o qədər də ciddi qəbul edilmirdi. Məşhur ailələrin övladları tez-tez birlikdə əyləncə və tədbirlərdə görünsələr də, sonradan onların həqiqətən yaxın münasibətdə olduqları məlum olub. İllər keçdikcə hər iki məşhur öz biznesini qurub. Heyli kosmetika brendi Rhode-u yaradıb, Kendall isə 818 tekila brendini təsis edib.

Heyli müsahibələrinin birində bildirib ki, mühüm biznes qərarları verməzdən əvvəl Kendall ilə danışır və onlar bir-birlərindən məsləhət alırlar.

Кендалл Дженнер и Хейли Бибер

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 163

Oxşar yazılar