Britaniyada 30 illik isti hava rekordu  yeniləndi
10 avqust 2026 02:41 (UTC +04:00)

Britaniyada 30 illik isti hava rekordu yeniləndi

0

2026-cı ildə Böyük Britaniyada havanın temperaturunun 30 dərəcə və daha yüksək olduğu günlərin sayı üzrə rekord qeydə alınıb.

Bu barədə "Sky News" məlumat yayıb.

Məlumata görə, ölkədə il ərzində artıq 35 gün ərzində temperatur 30 dərəcəni keçib. Bununla da 1995-ci ildə qeydə alınmış əvvəlki rekord yenilənib.

Meteoroloqlar gələn həftə Böyük Britaniyada temperaturun 35 dərəcəyə yaxınlaşacağı beşinci istilik dalğasının müşahidə olunacağını proqnozlaşdırırlar.

Bundan əvvəl Böyük Britaniyanın Meteorologiya Xidməti iyulun 2026-cı ildə İngiltərə və Uelsdə müşahidələr tarixinin ikinci ən quraq yay ayı olduğunu açıqlamışdı.

İyul ayında İngiltərədə cəmi 6,5 millimetr yağıntı düşüb ki, bu da orta göstəricinin 10 faizinə bərabərdir. Uelsdə isə 9,3 millimetr yağıntı qeydə alınıb və bu, orta göstəricinin 9 faizini təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar