Cəlilabadda transformator  partladı, yanğın baş verdi
10 avqust 2026 00:25 (UTC +04:00)

Cəlilabadda transformator partladı, yanğın baş verdi

0

Cəlilabadda transformatorun partlaması nəticəsində yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində yerləşən transformatorda partlayış baş verib. Partlayışdan sonra transformator və ətraf ərazidə yanğın yaranıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Partlayış səbəbindən ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar