Ucarda avtomobilin vurduğu velosipedçi öldü
09 avqust 2026 01:28 (UTC +04:00)

Ucarda avtomobilin vurduğu velosipedçi öldü

0

Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedçini vurub.

Aldığı ağır xəsarətlərdən velosipedçi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar