İstanbulda bina uçdu, sakinlər qaçıb canlarını qurtardılar  -FOTO
09 avqust 2026 10:59 (UTC +04:00)

İstanbulda bina uçdu, sakinlər qaçıb canlarını qurtardılar -FOTO

0

İstanbulun Güngören rayonunda 5 mərtəbəli binanın birinci mərtəbəsi naməlum səbəbdən qismən uçub.

Lent.az TRT Haber -ə istinadən xəbər verir ki, dağıntıdan sonra sakinlər öz imkanları ilə binanı tərk ediblər. Hadisə yerinə yanğınsöndürənlər, polis, təcili tibbi yardım və bələdiyyə əməkdaşları cəlb olunub.

Aparılan yoxlamalardan sonra bina təhlükəsizlik məqsədilə boşaldılıb və möhürlənib. Binanın ətrafına təhlükəsizlik baryerləri yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar